Axtarışda olan şəxs ölkəni tərk etmək istəyərkən tutuldu

Bakıda axtarışda olan şəxs tutulub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Seymur Əlisahib oğlu Davudov Samur sərhəd keçid məntəqəsində ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.