Axtarışda olanlar yaxalandı, cinayətlərin üstü açıldı – Rəqəmlər

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 146 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 95 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 131 nəfər saxlanılıb.