“Ay cəbhəçilər, gəlin yığışaq, siz gedin piketə” – Əli Kərimli aksiyaya niyə gəlmədi? – SUBYEKTİV

“Ay camaat, gəlin yığışaq, gedin müharibəyə”. İranlı imamcümənin sözləri bəzi müxalif güclər üçün yol xəritəsinə çevrilib. Nədənsə, rejim düşmənləri kritik saydıqları aksiyaların heç birində iştirak etmirlər. 

Onların əvəzinə sıravilər döyülür, əzilir, həbsə atılır. Elə götürək bu günki aksiyanı. Bu gün 50 nəfərlik icazəli piket keçirəcəyini yazılı şəkildə bəyan edən Milli Şura və onun maşinisti olan AXCP sədri Əli Kərimli oyun pozanlıq etdi. İcazəli 50 nəfərlik piket yerinə qanunsuz küçə yürüşü etməyə cəhd edən, bununla da asayişi pozmağa çalışan Əli Kərimli nədənsə meydanda yox idi.  

Cəbhəçilər yenə də ənənələrinə sadiq qaldılar. Ərazidə təxribatçı hərəkətlərini davam etdirdilər, piketin qaydasında, tam dinc şəraitdə keçməsinə baxmayaraq şəhərin mərkəzində, xüsusilə də sıravi vətəndaşların gəzərək istirahət etdiyi yerlərdə çoxluq görüntüsü yaratmaq məqsədilə icazəsiz yürüş keçirməyə, polis əməkdaşlarını provakasiyaya çəkməyə çalışdılar. Nəticədə bəzi onların təxribatına aldanan şəxslər arasında xəbərdarlıq edilib ərazidən uzaqlaşdırılan da oldu, saxlanılan da.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi piketdə dünənə qədər riyakarcasına çağırış etməkdən yorulmayan nə sosial şəbəkə bloggeri, AXCP sədri Əli Kərimli, nə də Milli Şuranın sədri Cəmil Həsənli iştirak etmədi!!! Bütün olanları Kərimli evindən, Həsənli isə uzaq Amerikadan izlədi.

Sizcə absurd deyilmi? Görəsən Əli Kərimlini hansı səbəb ora gətirə bilmədi? Qorxdumu, yoxsa o 49 nəfərlə bir sırada dayanmağı özünə sığışdıra bilmədi? Özünü onlardanmı saymadı, yoxsa elə onun vəzifəsi hamını qızışdırıb sonda sıravi şəxslərin cəzalanmasına nail olmaqdanmı ibarətdi?!

Qısacası, Əli Kərimli onsuz da son illər ayrı gəzmədiyi iranyönümlülərin liderlərinin məsləhətinə qulaq asdı və onlar kimi davrandı: “Ay cəbhəçilər, gəlin yığışaq, gedin piketə”. 

Unutmayaq ki, qaçmaq və ya gəlməmək Əli Kərimli üçün yad bir şey deyil. 1990-cı ildə AXC biletini küçəyə atıb, qaçmaqla siyasətə ilk addımlarını atandan başqa nə gözlənilə bilər ki?..

İsmayıl YUSİFOĞLU

COP29