!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya Başqanı Ərdoğanın Baş müşaviri ilə görüşdü – FOTO

!Reklam – Yazi

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli, Başqanın Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov və Başqanın məsləhətçisi Rza Heyət bu gün Türkiyə Cümhurbaşqanlığı Sarayında Prezident Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Yalçın Topçu ilə görüşüblər.

Yenicag.az xəbər verir ki, AY Partiya Başqanın rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiyanın parlament qrupunun rəhbəri İsmail Tatlıoğlu ilə bir araya gəliblər.

Nümayəndə heyəti bu gün həmçinin Anadolu Yayınçılar Dərnəyi Başqanı, Ankara Böyük şəhər Bələdiyyəsinin Məclis üzvü Sinan Burhanla görüşüblər. Görüşlərdə Azərbaycan və Türkiyənin siyasi partiyalarının əlaqələrinin inkişafına dair müzakirələr aparılıb, 44 günlük Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstəyindən danışılıb.

AY Partiya Başqanı Yalçın Topçu, İsmail Tatlıoğluna, Sinan Burhana Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı təqdim edib.

Görüşlərdə Avrasiya Tarix və Mədəniyyətlər Dərnəyinin başqanı Gürkan Kalkan da iştirak edib.

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv