!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya Başqanı hüquq müdafiəçiləri ilə görüşdü - Fotolar

!Reklam – Yazi

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün hüquq müdafiəçiləri, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı və Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının I müavini – İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Baş Məclisin sədr müavini Rəqibə İsbiyeva, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər iştirak ediblər.

Anar Əsədli heyət üzvlərini tanıtdıqdan sonra partiyanın quruluş məqsədi və yaxın gələcəyə dair planları haqqında məlumat verib. Gündəmdə olan məsələlərdən danışan AY Partiya Başqanı bildirib ki, yerli özünüidarəetmə sahəsində köklü şəkildə islahat aparılmalıdır.
Partiyalarla QHT arasında dialoqa önəm verməklə yanaşı, cəmiyyətin müxtəlif qüvvələri arasında da dialoqun yüksək səviyyədə olmasını arzuladığını əlavə edən Anar Əsədli insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla mütəmadi görüşlərin keçirilməsinin lazımlı olduğunu vurğulayıb.

Hüquq müdafiəçiləri insan haqlarının müdafiəsinə əhəmiyyət verən hər bir siyasi partiya ilə əlaqələrə müsbət baxdıqlarını bildiriblər.
Novella Cəfəroğlu AY Partiyanın Azərbaycana yeni bir nəfəs gətirdiyini, millətçilik ideologiyasına önəm verdiyi üçün bu partiyanı hər zaman dəstəkləyəcəklərini bildirib. AY Partiya rəhbərliyinə beynəlxalq əlaqələri möhkəmləndirməyi tövsiyə edib.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə edilib.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv