Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AY Partiya Başqanı: “Müttəfiqləri ABŞ-ı daha radikal addımlar atmağa məcbur edir”

Reklam: Sinerji Pro

“Əslində, iki ölkə arasında gərginlik son on ildə heç səngiməyib. Son beş ildə isə ümumiyyətlə, bu gərginlik şiddətlənib. ABŞ Rusiyanın Ukraynada və Ukraynaya qarşı atdığı addımları cavabsız qoya bilməzdi”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli ABŞ-Rusiya münasibətlərində yaranmış gərginliyi şərh edərkən deyib.

AY Partiya Başqanı bildirib ki, Rusiyanın bu imperialist addımlarına tək başına cavab vermək gücündə olmasına baxmayaraq, ABŞ avropalı müttəfiqlərini də bu işə cəlb edib.

“Son iki ildir, Avropa İttifaqının əsas və aparıcı ölkələri ABŞ-ın bu həmlələrinə qarşı yumşaltma və bu oyundan çıxma arayışlarındadır. Bu məsələdə Avropa İttifaqının hətta Ukraynanı “satdığı” da düşünülür. Belə olan halda, Avropa İttifaqı səmimi müttəfiqlik etmir və ABŞ-ı daha radikal addımlar atmağa məcbur edir. Baydenin Putinə “qatil” deməsi həmin radikal addımlardan biridir.
Görünür, Bayden və administrasiyası bu sözdən sonra müttəfiqlərinin qarşısında açıq və sərt tələb qoyacaq: ya qatil ilə birlikdəsiniz, ya da qatilə qarşısınız.

Bu fənd yeni deyil və Suriyada Əsədə, ondan da əvvəl Liviyada Qəddafiyə, ondan da əvvəl İraqda Səddama qarşı istifadə olundu və müsbət nəticə verdi. O zamanlar müttəfiqlərdən heç kim kənarda qala bilmədi. Görünür, indi də təxmini eyni plan işləyəcək”, – deyə o əlavə edib.

Anar Əsədli qeyd edib ki, əlbəttə Rusiya kimi nüvə ölkəsi yuxarıda adı çəkilən ölkələrlə müqayisə olunmayacaq qədər böyük, güclü və suverendir: “Bu mənada, bu ittiham əslində birbaşa Putini hədəfə almır, Putinlə əməkdaşlıq etmək istəyən Qərb koalisiyasının üzvlərini hədəfə götürür.

Hədəfdə olan ölkələrin başında gələnlərdən biri isə Türkiyədir. Rusiya ilə nüvə energetikasından “S-400”-lərin alınmasına qədər bir çox spektrdə əməkdaşlığa gedən Türkiyə ABŞ-ın qəzəbinə səbəb olub. Güman ki, “qatil ilə əməkdaşlıq edənlərin” hansı sanksiyalarla qarşılaşacağını yaxın günlərdə ABŞ rəsmilərinin dillindən eşidəcəyik.

İndi çoxları Rusiya ilə ABŞ-ın arasında ciddi ixtilafın olacağını gözləyir. Zənnimcə, belə olmayacaq. Ölkələr arasında son vaxtlar qarmaqarışıq münasibətlərin şahidi olsaq da, deməliyik ki, hamı özünü bir həddə qədər dəlisov göstərir. O həddi keçən hələ ki olmayıb. Ərdoğan Makrona “psix” dedi, sonra isə “sevgili qardaşım” deyə xitab elədi. ABŞ Süleymanini bombaladı, İran bir-iki raket atdı, onunla da dayandı. Əliyev Paşinyana “sərxoş rəqs edən” dedi, sonra Moskvada onunla görüşdü.

Bu o deməkdir ki, baxmayaraq ki, dünya liderləri arasında ritorika bir xeyli sosial media statuslarının səviyyəsinə düşüb, liderlər yenə də ən önəmli məsələlərdə soyuqqanlı şəkildə hərəkət edə bilirlər. Ehtimal ki, Putin də ya özü, ya yaxınları vasitəsi ilə Baydenə söz atacaq və bu məsələni belə bağlayacaqlar. Bayden də problemi dərinləşdirməyə çox həvəsli görünmür. Əksi olsaydı, Putinə “qatil” deyəndən sonra uzun-uzadı Rusiya ilə əməkdaşlığın geniş imkanları və yeni sahələri haqqında danışmazdı”.

Loading...

www.yenicag.az

200
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100