!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AY Partiya rəhbərliyinin Ankara səfəri - FOTO

!Reklam – Yazi

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Ankarada TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Başqanın məsləhətçisi Rza Heyət, TÜRKSOY Baş Katibinin müavini Bilal Çakıcı, Azərbaycan ölkə təmsilçisi Elçin Qafarlı iştirak ediblər.

Anar Əsədli partiyanın yaranma səbəbləri və mərhələləri, proqramı və məqsədləri, mədəniyyət və mənəvi irsə dair mövqeyi haqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Türk Dünyasının ayrılmaz hissəsidir, ona görə də TÜRKSOY kimi qurumların rolu və missiyası çox əhəmiyyətlidir. Azərbaycanın çar Rusiyasının işğalı dövründə milli mədəniyyətini itirmə təhlükəsi ilə üz-üzə qaldığını deyən AY Partiya Başqanı qeyd edib ki, indi bütün Türk dövlətləri əl-ələ verib ortaq mədəni irslərini inkişaf etdirməli, dil, ədəbiyyat, incəsənət və bu kimi digər sahələrdə müştərək layihələri həyata keçirməlidir.

Görüşdə daha sonra TÜRKSOY-un Baş Katibi təklif edib ki, qurum haqqında tanıdıcı film nümayiş olunsun. Nümayişdən sonra Düsen Kaseinov TÜRKSOY-un fəaliyyəti haqqında qısa məlumat verərək qeyd edib ki, məqsədləri qədim və çağdaş Türk Mədəniyyətini qorumaq, təbliğ etməkdir. Bu mənada üzv ölkələrin üzərinə böyük missiyanın düşdüyünü deyən Baş katib son illər Azərbaycanın da bu sahədə çox əhəmiyyətli işlər gördüyündən məmnuniyyətini dilə gətirib.

Anar Əsədli Baş Katibə Azərbaycan bayrağı və Vətən müharibəsinin simvolu olan Xarı bülbül nişanı, Düsen Kaseinov AY Partiya Başqanına TÜRKSOY-un nəşrlərindən ibarət kitablar, həmçinin xatirə hədiyyələrini təqdim edib.

Sonra qonaqlar TÜRKSOY binasında qurulmuş stendlərdən və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Düsen Kaseinov AY Partiya heyətinə TÜRKSOY tərəfindən elan olunan Türk Dünyası Mədəniyyət Paytaxtları haqqında, keçirdikləri konsertlər, ədəbiyyat zirvələri və müxtəlif mədəniyyət tədbirləri haqqında geniş məlumat verib.

***

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbri ziyarət edib.

Ziyarət zamanı Türkiyə Cümhuriyyətinin banisi sayğı ilə anılıb, onun ruhuna dualar oxunub.

Bununla da AY Partiya rəhbərliyinin Ankara səfəri başa çatıb.

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv