Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AY Partiya və MSDM başqanları arasında görüş - FOTO

Reklam: Sinerji Pro

Azərbaycan Yüksəliş (AY) Partiyası Başqanı Anar Əsədli bu gün Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) İsa Qəmbər ilə görüşüb.

Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva, Baş Məclis sədrinin müavini Rəqibə İsbiyeva, üzvü Əlövsət Xalıqverdiyev, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər, MSDM üzvü Arzu Səmədbəyli iştirak ediblər.

AY Partiya Başqanı partiyanın quruluş məqsədi, hədəfləri, indiyədək ölkədəki siyasi partiyalar, qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərdən danışıb.

Görüşdə cümhuriyyət ənənələri, müsavatçılıq ideologiyası, ölkədəki siyasi partiyaların özlərinə seçdiyi ana xətt və s. barədə müzakirələr aparılıb.

Bildirilib ki, istənilən ölkənin demokratikləşməsi, inkişaf etməsi üçün azad və ədalətli seçkilərin keçirilməsi vacibdir. Görüşdə gündəmə dair fikir mübadiləsi aparılıb.

www.yenicag.az

112
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100