Bir metr 95 sm boyu olan və dünyanın əz uzun modelləri sırasına daxil olan Chase Kennedi iş tapa bilmir.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Kennedi öz boyunun uzunluğundan razı olsa da, iş üçün müraciət etdiyi model agentlikləri tərəfindən rədd cavabı alır.
Buna görə də model işsizlik problemindən şikayətlənir.
Ayaqlarının uzunluğuna görə iş tapa bilməyən Kennedi bir rekorda imza ata bilər, belə ki o, ABŞ-ın ən uzun ayaqlı qadını olduğunu düşünür.
Təəssüf ki, bu sahədə rekord ona məxsus deyil. Onun ayaqları Ginnesin rekordlar kitabına düşən Svetlana Pankratovanın ayaqlarından 2 sm daha qısadır.
Kennedi həmçinin idman sahəsində də ayaqlarının ona böyük imkanlar yaratdığını bildirir.
“Orta məktəbdə oxuduğum zaman boyum uzun olduğu üçün idman komandalarına rahatlıqla seçilirdim” deyir.
Ancaq bu vəziyyət onda zaman-zaman komplekslər də yaradıb. Çünki yuxarı siniflərə gedəndə artıq 1 metr 85 sm boya sahib idi.