Xəstəliklə mübarizə aparan meyxanaçı Kərimin oğlu Kamil Novruzovun səsinə səs verilib. Heydər Əliyev Fondu meyxanaçının müalicəsi ilə bağlı bütün xərcləri üzərinə götürüb.
Yenicag.az-a açıqlama verən Kamil xəbərdən sevindiklərini bildirib:
“Ailəmiz bu xəbərdən çox sevindi. Atamın bu xəbərdən gözləri doldu. Sağ olsun, Fondun prezidenti Mehriban xanım bizə kömək etdi. Atamın müalicəsi üçün bankdan da 2 min manat borc götürmüşdük. O vəsait də Fond tərəfindən ödəniləcək. Atam sabah xəstəxanaya yerləşdirilməlidir. Onun sağalıb yeriyəcəyi günü gözləyirik”.
Cəvahir