!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ayaz Mütəllibov da o fikirdə idi ki, rus qoşunlarından bizə zərər gəlməz” – Hərbi ekspert

!Reklam – Yazi

15450915_838683706274934_1855378761_nBu qoşunlar Azərbaycana ciddi təhlükə yaratmır

Bunu Yenicag.az-a Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkovun “Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması Azərbaycana heç bir problem yaratmır”, fikrini şərh edərkən politoloq İlqar Vəlizadə də təsdiqləyib. Onun sözlərinə görə, ermənilərin cəhdləri ondan ibarətdir ki, bütün bu qoşunları 102-ci baza da daxil olmaqla, Azərbaycana qarşı yönəltsinlər:

 

İlqar Vəlizadə ile ilgili görsel sonucu“İş orasındadır ki, müharibə başlasa ermənilər bunları Azərbaycana qarşı istifadə etmək istəyəcəklər. Lakin dördgünlük lokal toqquşmada 102-ci baza bu məsələyə qarışmayıb. Hal-hazırda Azərbaycan-Rusiya münasibətləri Rusiyanın münaqişəyə birbaşa müdaxilə etməsinə imkan vermir. Amma ehtimallar ola bilər ki, əgər vəziyyət doğrudan da sürətli şəkildə dəyişsə, ermənilər rusları məcbur etməyə başlayacaqlar ki, Ermənistan tərəfi də bu qoşunlardan istifadə etsinlər. O zaman artıq təhlükə yarana bilər”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, bu fikri səsləndirən adamdan soruşmaq lazımdır ki, ümumiyyətlə, Rusiya-Ermənistan hərbi birləşməsinin yaradılmasında məqsəd nə idi?

“Əgər bu, Rusiyanın maraqlarını təmin edəcəkdisə, o zaman müasir silah-sursatla təmin olunmuş 102-ci kimi böyük bir hərbi bazanın saxlanmasına nə ehtiyac vardı? 2049-cu ilə qədər Ermənistan ərazisində bu bazanın mövcudluğu ilə bağlı sənəd ratifikasiya olunub: həm Ermənistan parlamenti tərəfindən, həm də Rusiyanın dövlət duması tərəfindən…”

Hərbi ekspert, “mənə ən çox yer edən bizim başıboş, özlərini siyasətçi adlandıran bəzi şəxslərin məsuliyyətsiz bəyanatlarıdır”,- deyir:

Üzeyir Cəfərov ile ilgili görsel sonucu“Keçmiş prezident Ayaz Mütəllibov da o fikirdə idi ki, guya Ermənistan hərbi birləşməsinin Azərbaycana qorxusu yoxdur. Əslində o, gözəl bilirdi ki, 1990-cı ilin əvvəllərində Xocalıda 366-cı “rus motoatıcı alayı” Ermənistanın bu yaxınlara qədər müdafiə naziri olmuş Seyran Ohanyanın da iştirakı ilə Azərbaycan vətəndaşlarına qarşı qətliam həyata keçirib. Bunlar indi bizim başımızın altına növbəti yastığı qoyurlar ki, ermənilər Rusiyanın icazəsi olmadan heç bir hərəkət etməyəcək. Kim zəmanət verə biləcək ki, həmin erməni generalı Arkadi Markaryan öz xoşuna hansısa bir qərar qəbul etməyəcək? Bütün bu nağılları onlar özlərinə saxlasınlar. O cümlədən də Ayaz Mütəllibov kimi düşüncəsiz adamlar ətrafına baxsın və desinlər ki, bu qoşun birləşməsinin yaradılmasında məqsəd nədir? Türkiyədirsə, Rusiya ilə Türkiyənin yaxınlaşması baş verən bir ərəfədə bu qərar verilib. Gürcüstandırsa, Rusiya əlini Gürcüstandan birdəfəlik üzüb və yaxın müddətdə Gürcüstana tərəf baxa bilməyəcək. Yeganə qalan dövlət Azərbaycandır. Azərbaycan da nəyin bahasına olursa-olsun öz ərazilərini geri qaytaracaq. Hər halda rəsmi Moskva bu qərarı elan edir”.

Üzeyir Cəfərov rusların səmimiyyətinə heç zaman inanmadığını da qeyd edib:

“Putin, Medvedyev, Şoyqu, Lavrov və digərləri riyakar, Azərbaycan xalqına düşmən kəsilmiş adamlardır. Mən çəkinmədən yenə də deyirəm ki, biz Azərbaycanın mövqeyini müdafiə etməliyik. Hətta bizim xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyanın son addımı ilə bağlı sərgilədiyi münasibətə çox təəssüfləndim. Parlamentdə bir-iki etirazlar səslənsə də Xarici işlər naziri Elmar Məmmədyarov bu məsələni görmür. Əgər rusdan qorxurlarsa çəkilsinlər, rusdan qorxmayan siyasətçilər gəlsinlər Azərbaycan meydanına… Rusdan belə çəkinəcəkləri varsa, birdəfəlik desinlər ki, Ermənistan üçün Azərbaycan Rusiyanın quberniyası olacaq. Onu da əlavə edim ki, bizi qarşıda çox böyük fəlakətlər gözləyir. Özü də o fəlakət ki bizi yenə də nəzarət altına salmaq istəyən Rusiya artıq planlar cızır. Beləliklə, Rusiya-Ermənistan birləşməsini məsələn, Azərbaycanı qorxutmaq, çəkindirmək üçün yaradılmış şərəfsiz bir addım kimi qiymətləndirirəm”.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv