!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ayaz Mütəllibov generala cavab verərkən, daha böyük skandala imza atdı

!Reklam – Yazi

ayaz_mutallibovHərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Xalq qəzeti”ndə yazdığı məqaləsində eks-prezident Ayaz Mütəllibovu hakimiyyətdə olduğu dövrdəki fəaliyyətinə görə ittiham edib: “Azərbaycanda ötən əsrin 80-ci illərinin sonlarından Əbdürrəhman Vəzirovun xəyanətkar, Ayaz Mütəllibovun yarıtmaz fəaliyyətləri nəticəsində ictimai-siyasi vəziyyət olduqca kəskinləşdi”.

A.Mütəllibov isə Yenicag.az-a açıqlamasında haqqında söhbət açılan həmin illərdə hakimiyyətin imkanlarının çox aşağı səviyyədə olduğunu təsdiq etsə də, bunu əsas götürərək böhtançılıqla məşğul olmağı siyasibazlıq hesab etdi: “Dediyiniz zamanda ölkədə vəziyyətin gərgin olduğu məlumdur.  Burada gizli bir şey də yoxdur. Hakimiyyət uğrunda mübarizə gedirdi. Yenidənqurma siyasəti əsasında Moskva keçmiş SSRİ məkanında demokratikləşdirmə proseslərinə start vermişdi. Onun əsasında da Azərbaycana gələn müəyyən siyasi qruplar həmin sənədlərə arxalanaraq bizim hakimiyyətlə mübarizəyə başladılar. O ki, qaldı həmin dövrdə hakimiyyətin imkanlarına, bu imkanlar sıfır səviyyəsində idi. Çünki Qarabağ münaqişəsi əsasında ictimai asayiş, hökumət işləri qalmışdı bir kənarda, hamı Qarabağı əsas tutaraq ancaq onun haqqında danışırdı. Amma real olaraq Qarabağa kömək edən də yox idi. Bu qalmaqalda idarəetmə sistemi tam olaraq sönmüşdü və burada heç kim də heç nə edə bilməzdi. Bunu əsas götürərək böhtançılıqla məşğul olmaq, kiminsə boynuna atmaq  siyasibazlıqdır, ona başqa cür qiymət verə bilmərəm. Nə deyirlər desinlər, qayda, qanun var. Deyilən bu sözlərin mənası yoxdur. İşimiz gücümüz yoxdur ki, elə bir-birimizə irad tutaq, bu nə deməkdir?”

ELÇİN

www.yenicag.az

1268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv