Reklam

Reklam

publika.az1416989486Ayaz“Seçki ilə bağlı naməlum məsələ qalmayıb”.  Yenicag.az xəbər verir ki, bunu moderator.az -a açıqlamasında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bildirib. Ayaz Mütəllibov deyib ki, məsələlər kifayət qədər aydınlaşdığından əvvəlki illərdə olduğu kimi namizədlər haqqında ittihamlara, sensasion məlumatlara rast gəlinmir.

Ayaz Mütəllibov bu ilki parlament seçkisinin onun üçün maraq doğurmadığını, prosesi xususi olaraq izləmədiyini də vurğulayıb.

Qeyd edək ki, Ayaz Mütəllibovun iki namizədinin (Tahir Kərimli və Araz Əlizadə) bu parlamentdə yer alacağı gözlənilir. Ancaq Araz Əlizadənin rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadənin “yuxarılar”ın öncədən alınmış qərarlarını dəyişdirməyə nail olduğu bildirilir. Məlumata görə, ağsaqqallarını müvafiq şəxslərlə görüşə göndərən İqbal Ağazadə bir həftə öncə müsbət cavab alıb. Ayaz Mütəllibovun da bu məsələdən xəbərdar olduğu, ancaq etiraz etməyin əlavə problemlər yarada biləcəyi qorxusu ilə səssizliyini qoruduğu bildirilir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 74
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."