!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ayaz Mütəllibov kimə səs verdi?

!Reklam – Yazi

115755_res_01Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bu gün parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Virtualaz.org saytı xəbər verir ki, o, 17 saylı III Yasamal seçki dairəsinin 26-cı səsvermə məntəqəsində səs verib.

A.Mütəllibov vətəndaşları seçkidə fəal olmağa çağırıb: “Mən öz seçimimi azad şəkildə etdim. Ölkədə yaradılmış normal və azad seçki mühitindən mən də razıyam”.

Sabiq prezident jurnalistlərin “kimə səs vermisiniz” sualını cavablandırmaqdan imtina edərək səs verdiyi namizədin adını açıqlamayıb: “Səsvermə gizlidir. Ona görə də kimə səs verdiyimi açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, ölkədə siyasi sabitlik var, sosial-iqtisadi inkişaf prosesi gedir. Azərbaycanın hərbi qüdrəti və beynəlxalq nüfuzu gündən-günə artır. Vətəndaşlar bunu qiymətləndirməli və bu siyasətə öz töhfələrini verməlidir”.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv