Ayaz Quliyev Rusiyada ən yaxşı futbolçu seçildi

Rusiyanın “Rostov” klubunda forma geyinən Azərbaycan əsilli futbolçu Ayaz Quliyev komandasında həftənin ən yaxşı futbolçusu seçilib.

Yenicag.az xəbər verir ki, Quliyev azarkeşlər arasında keçirilən sorğunun nəticəsində Premyer Liqanın 7-ci turunda “Ural”la səfər matçının ən yaxşısı olub.

“Ural” – “Rostov” görüşü 1:1 hesabı ilə başa çatıb. Ayaz komandasının vurduğu qolun ötürməsini verib.

Qeyd edək ki, Rusiyanın U-21 millisinin üzvü komandada ötən ayın ən yaxşı futbolçusu seçilişdi.

COP29