“Əslində, birlik olmamalıdır, çünki yaradıcı insan şəxsiyyətdir, o heç kimlə birləşə bilməz”.
Bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) keçmiş katibi, Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev Yenicag.az-a açıqlamasında deyib.
O, yaradıcı şəxs üçün birləşmənin uyğun olmadığını bildirib:
“Onu deyə bilərəm ki, bu gün Azərbaycan kino ictimaiyyəti bərbad vəziyyətdədir. Əslində, birlik olmamalıdır, çünki yaradıcı insan şəxsiyyətdir, o heç kimlə birləşə bilməz.
Əvvəlcədən də demişdim ki, əgər birləşmə olarsa, mən təşkilatda qalmayacağam. Sözüm sözdür. Çox vacib səbəb ola bilər ki, mən orada qalım. Amma belə bir səbəb də yoxdur”.
Xalq artisti Rasim Balayevin yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçillməsi xəbərinə isə rejissorun reaksiyası belə olub:
“Mənim heç bir reaksiyam və sözüm yoxdur. Mən o konfransa qatılmamışam da…”
Qeyd edək ki, Rasim Balayev bu gün Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə konfransında yekdilliklə qurumun sədri seçilib.
Cəvahir