Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AYB-də “Şuşa” üsyanı - Qəşəm Nəcəfzadənin Anarı topa tutmasına Kəramətdən REAKSİYA

Şair Qəşəm Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın ünvanına sərt ittihamlar səsləndirib.

Yenicag.az xəbər verir ki, Qəşəm Nəcəfzadə avqustun 29-da Şuşaya səfər təşkil ediləcəyini, lakin sonradan onun adının siyahıdan çıxarıldığını bildirib.

Şair Şuşaya getməyin onun ən böyük haqqı olduğunu qeyd edib:

“Sabah Şuşaya şairlərlə mən də gedəcəkdim. (Şuşa davası eləmirəm, nə xoş ki, Şuşa bizimdir. Sadəcə bir neçə dəfə belə hadisə olub) Ən böyük arzum və haqqım idi. Adımı Anar siyahıya yazmışdı, özünün dediyinə görə. Məni çağırmadılar amma… Guya deyirlər, adını Fonddan pozublar. Sonra deyirlər, Administrasiyadan pozublar. Nə bilim, kim pozub? 60 yaşımı adlamış bir ziyalı, Əməkdar Mədəniyyət işçisi kimi, tanınmış şair kimi niyə mənim adım mədəniyyət, ədəbiyyat siyahısından pozulmalıdır? Ev, fəxr ad siyahısından pozdular yaxşı elədilər, bəs Şuşaya nə söz? Mən sizə nə pislik eləmişəm, ancaq vətənimə, dövlətimə, xalqıma şeir yazmışam, ayrı nə eləmişəm? Niyə hakimiyyətə qarşı adamın inamını sındırırsınız? Niyə adamı məhv edirsiniz?”

Qəşəm Nəcəfzadənin bu sitəminə oğlu Kəramət Böyükçöl belə münasibət bildirib:

“Ata, yaxşı ki, adını siyahıdan siliblər. Səni Şuşada İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülən “ziyalıların” içində görüb yenə əsəblərim pozulacaqdı. Ora gedənlər Şuşanı görməyə getmirlər, İlham Əliyevi görməyə gedirlər”.

www.yenicag.az

1354
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100