Aydan TƏƏSSÜFLƏNDİ: “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”

“Pulsuzluq insanı o vəziyyətə gətirir ki, aktyor, ya aktrisa bəzən istənilən təklifə “ok” deyir”.

Bu sözləri aktrisa Aydan Ağayeva Yenicag.az-a açıqlamasında deyib.

O, aktyor və aktrisaların çəkiliş öncəsi rejissor qarşısında qoyduqları tələblərlə bağlı fikirlərini bölüşüb:

“Bəzən eşidirəm aktyor, ya aktrisa hər hansı filmə, ya seriala çəkiləndə qonorarla bağlı şərt qoyur. Rejissorlar da şikayətlənir ki, buna bax, filankəs “bu qiymətə çəkilirəm”, deyə qarşımda şərt qoyur. Yaxud da, obraz və digər məsələlərlə bağlı tələb irəli sürürlər. Buna normal yanaşıram. Sən bir iş görürsən və özünə rahat və yaxşı olanı istəyirsən. Əslində, hər bir aktyor və aktrisanın qonorar və digər məsələlərlə bağlı tələbi olmalıdır və bu normaldır. Nəyə gəldi çəkilmək, istənilən qiymətə razılaşmaq – buna düzgün baxmıram. İllah da ki, tanınmışların və xalq artistlərinin belə asanlıqla razılaşmasına normal yanışmıram. Bir tərəfdən də qınamıram, çünki pulsuzluq insanı o vəziyyətə gətirir ki, aktyor, ya aktrisa istənilən təklifə “ok” deyir”.

Aydan “Bəs özünüzün necə hər hansı tələbləriniz varmı” sualını da cavablandırıb:

“Qaldı ki özümə, mənim elə böyük şərtlərim olmayıb. Sadəcə olaraq, son vaxtlar seçici olmuşam. Hər təklifə razılıq vermirəm, hər rejissorun işində, hər layihədə olmaq istəmirəm. Bəzən uzun müddət boş qalıram. Bunun da səbəbi elə seçici olmağımdır. Ürəyim istəyən proyektdə olmaq istəyirəm”.

Cəvahir

COP29