!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aydandan gündəmi BİR-BİRİNƏ VURAN SÖZLƏR: “Kişilərin yüzdə doxsan faizi elə qadınları…”

!Reklam – Yazi

“Əllərinə pul düşən kimi plastik əməliyyata qaçırlar. İnanın ki, kişilərin yüzdə doxsanı elə qadınları bəyənmir…”

Bunu plastik əməliyyatla özünü dəyişən sənət adamları ilə bağlı fikirlərini bölüşərkən aktrisa Aydan Ağayeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa ifrat dərəcəni aşan estetik prosedurların kənardan iyrənc göründüyünü bildirib:

“Bu gün müğənni və aktrisalar plastik əməliyyatlardan ifrat dərəcədə çox istifadə edirlər. Adam baxanda iyrənir. İnsanın qüsuru ola bilər. Tutalım, birinin qulağı böyük, dodaqları hədsiz nazikdir və bunu estetik prosedurla aradan qaldırması da normaldır. Elə mənim də kompleksim olub və 10 il əvvəl burun əməliyyatı etdirmişəm. Məni ən çox iyrəndirən hədsiz dərəcədə uzun dırnaqlardır. Təsəvvür edin, aktrisa hansısa bir dramatik səhnədə əl açıb Allaha dua edir. Onun qırmızı, uzun caynaqlarla dua etməsi o qədər gülünc və iyrənc görünür ki, həmin səhnənin təsiri də dərhal ölür. Çünki tamaşaçının bütün diqqəti onun uzun caynağına yönəlir. Avropada, lap elə Türkiyənin özündə aktrisanın belə dırnaqla səhnəyə çıxmasına qətiyyən icazə verməzlər.

Üz cizgiləri, mimika mütləq şəkildə təbii olmalıdır. Əcnəbi atrisaların pulu yoxdur ki, belə prosedurlar etdirsinlər? Var, amma süni və bayağı görünüşdən qaçırlar, estetik prosedurları da qədərində etdirirlər. Bizdə isə dozasını çox artıq edirlər”.

Aktrisa müğənnilərlə də bağlı qalmaqallı fikirlər səsləndirib:

“Baxırsan, xanım müğənnidir, səsi kişi səsinə bənzəyir. O qədər siqaret çəkirlər ki, səsləri də korlanır. Yaxud da sir-sifətləri aşırı dərəcədə estetik prosedurlarla tanınmaz hala düşüb. Məsələ burasındadır ki, hamı belə aşırı dərəcədə estetik əməliyyata qarşı çıxır, amma yenə də edirlər. Saçlar qaynaq, göz linza, kiprik qoyma, qaş tato, dodaq silikon, yanaq dolğu, burun kəsilmiş – nəyə lazımdır axı… Heç kimə də yaraşmır. Getdikcə də artır. Əllərinə pul düşən kimi plastik əməliyyata qaçırlar. İnanın ki, kişilərin yüzdə doxsanı elə qadınları bəyənmir”.

A.Ağayeva özü barədə də danışıb:

“Mənim dodaqlarım kiçikdir. Amma nə qədər pulum olsa da, heç vaxt dodaqlarımı şişirtməyəcəm. Təbii ki, yaşlananda yüngül estetik prosedurlarla üzümdəki qırışları kiçik toxunuşlarla aradan qaldıra bilərəm”.

Cəvahir

www.yenicag.az

20332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv