!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aydın Mirzəzadədən ANS-ə dəstək

!Reklam – Yazi

aydin_mirzazadeYAP üzvü, millət vəkili Aydın Mirzəzadə fəaliyyətinə qadağa qoyulan ANS-ə açıq dəstək verib.

O, Mia.az-a açıqlamasında deyib:

”Əlbəttə, ANS-in ölkə teleməkanıda, müstəqillik tarixində öz dəsti xətti var.

Bir sıra məsələlərdə ANS-in xüsusui mövqeyi olub və mən, təəssüf edirəm ki, Turkiyədə baş verən hadisələrdə ANS-in atdığı bəzi addımlar onun bağlanmasına gətirib çıxardı.

Amma hələ də ümid edirəm ki, kanalın bağlanmaması üçün hüquqi məkanda imkanlar var. Biz hüquqi dövlətik, ANS-in nümayəndələri də bildirdi ki, onlar bütün hüquqi imkanlardan istifadə etmək niyyətindədirlər. Bu, məhkəmə yolu ilə açılan bir məsələdir.

Həmin hadisədən sonra hesab edirəm ki, ANS düzgün mövqe tutdu. ANS-in rəhbərliyinin anlaşılmazlığa görə üzr istəməsi, məsələnin məhkəmə yolu ilə həllinə üstünlük verməsi düzgün addım idi.

Düzdür, 2 məhkəmə instansiyası kanalın bağlanmasına qərar verdi, amma qarşıda hələ məhkəmə var. Üstəlik, Ali Məhkəmənin həm də plenumu var.

Yaxşıdır ki, ANS rəhbərliyi bu situasiyada məsələni gərginləşdirməyə yox, əksinə məsələnin həllinə doğru addımlar atırlar. ANS gündəlik baxdığım telekanallardan biridir. Azərbaycanda müxtəlif mövqeli telekanalların olmasına həmişə ehtiyac var”.

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv