Aydın Mirzəzadənin rəqibindən replika: “Özlərinin yarıtmaz olduqlarını…”

47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd, DİA.AZ saytının baş redaktoru Məhəmməd Ərsoy (Zamanov) özünün “Facebook” səhifəsində Milli Məclisin keçmiş üzvlərinin təkrarən növbədənkənar seçkilərdə iştirakları ilə bağlı status paylaşıb.

Deputatlığa namizədin rəyini olduğu kimi təqdim edirik:

“Bu Milli Məclisin köhnə heyətini Prezident qovmuşdu axı… Özləri də səs verib parlamenti buraxmaqla yarıtmaz olduqlarını etiraf etmişdilər… İndi onların yenidən deputat olmaları üçün etdikləri canfəşanlıqlarını kimsə anlada bilərmi?”

Qeyd edək ki, Məhəmməd Ərsoyun rəqibi YAP-çı Aydın Mirzəzadədir.

COP29