Aydın Mirzəzadəyə bir neçə dəfə səs verən şəxs belə ifşa olundu – VİDEO

47 Saylı Mingəçevir Seçki Dairəsinin 9 Saylı Məntəqəsində daha bir özbaşınalıq ifşa olunub.

Belə ki, 9 saylı məntəqənin ərazisinə aid olmayan şəxs rahat şəkildə bülleten götürərək Aydın Mirzəzadəyə səs verməyə cəhd edir. Media nümayəndələrinin müdaxiləsi nəticəsində bülleten autuya atılmır. Daha sonra ‘karusel’ içtirakçısının vəsiqəsindən bəlli olur ki, əslində başqa ünvanda qeydiyyatdadır.

Bundan sonra baş verənlər isə daha böyük biabırçılığı ortaya qoymuş olur. Belə ki, Mingəçevir Şəhər YAP təşkilatının sədri Cavanşir Yusibov məntəqəyə gələrək öz ‘karuselçisinin’ müdafiəsinə qalxır, media nümayəndələrini, məntəqə sədri və üzvlərini danlamağa başlayır. Bu hadisəyə ölkədə baş verən proseslərin fonunda izah vermək olduqca qəlizdir.