!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aydın Xırdalanlı son nəfəsində nə istəyib? - Anasından ürəkparçalayan sözlər - VİDEO

!Reklam – Yazi

Mərhum meyxanaçı Aydın Xırdalanlı ilə bağlı maraqlı faktlar açıqlanıb.

Yenicag.az xəbər verir ki, meyxanaçının anası Bikəxanım Quliyeva oğlundan danışıb:

“Aydın mənim ilk övladımdır, ilk dəfə ana sözünü ondan eşitmişəm. 2006-cı ildə evləndi, 29 yaşında. Övladı olmadı”.

Anası oğlunun son istəyini dilə gətirib:

“Səhər dedi, nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar. Qayıtdı yenə evə, elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətayinin həyatını qoy, baxım dedi. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi”.

ARB TV-nin “Bu qədər” proqramından olan görüntüləri təqdim edirik:

Nehru

www.yenicag.az

9881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv