Aydınxandan koronavirusa qalib gəlməyin RESEPTİ: “Sevgilini…”

Yazıçı-kulturoloq Aydın Xan Əbilov koronavirusa qalib gəlməyin yolunu göstərib.

Yenicag.az-a açıqlama verən Aydınxan reseptini də açıqlayıb. O, koronovirusa güc gəlmək üçün şərt olan immuniteti sevməklə gücləndirməyi məsləhət görüb:

“Sevgi, məhəbbət dünyanı xilas etmək gücündə olduğu kimi, hər hansı bir xəstəlik, virus, epidemiyaya və pandemiya zamanı insan orqanizimi üçün də təbii immunitet qüvvətləndirici sayıla bilər. Fiziki hərəkət, sevgi, sevinc və gülüş insan tonusunu yüksəldən, təbiətdən bizə bəxş edilən “mənəvi-psixoloji qalxan”ımızdır. Qorxuya, depressiyaya, bədbinliyə, psixoloji basqıya sevgiylə-sevinclə qalib gəlməyin mümkünlüyü haqqında həm filosoflar, mütəfəkkirlər, şairlər,
yazıçılar, həm də həkimlər, alimlər çox yazıblar. İnanmayanlar öz həyatlarında sınaya bilərlər. Sevgi deyəndə, məhəbbətin geniş mənası nəzərə alınmalıdır. Sevgilini, insanı, Vətəni, ailəni, övladlarını, dostunuzu sevin ki, immunitetiniz güclü olsun və koronavirusa qalib gələsiz. Bu sınanılmış üsuldur”.

Cəvahir