Ayfon-15 bu tarixdə satışa çıxarılacaq

Apple şirkətinin yeni seriyası olan iPhone-15 smartfonu sentyabrın 13-də təqdim ediləcək.

Axar.az xəbər verir ki, bu barədə “9to5mac”portal məlumat yayıb.

Məlumata görə, ABŞ telekommunikasiya operatorları öz işçilərindən sentyabrın 13-də yeni bir smartfonun elanı ilə əlaqədar məzuniyyətə çıxmamağı xahiş ediblər.

Əgər Apple yeni iPhoneları sentyabrın 13-də təqdim edərsə, smartfonlar üçün ilkin sifarişlər sentyabrın 15-i, rəsmi satışlar isə bir həftə sonra, sentyabrın 22-də başlayacaq.