Aygün Bəylər: “Qarderobumda çox şey yoxdur, əsas odur, papaq var”.

“Hərdən deyirlər, toya bahalı paltar geyinməlisən ki, çox pul versinlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər deyib.

Qarderobundan danışan sənətçi geyimə çox pul xərcləmədiyini bildirib:

“Geyimə çox pul xərcləmirəm.Amma hərdən deyirlər, toya bahalı paltar geyinməlisən ki, çox pul versinlər. Mənə o qədər brilyant üzük, nələrsə veriblər. İstifadə etmədiyim üçün hamısını başqalarına bağışlamışam”.

Aygün bəzi həmkarlarına atmaca da atıb:

“Qarderobumda çox şey yoxdur, ola da bilməz. Əsas odur ki, papaq var”.

Sənətçi bu sözləri “Həmin Zaur” proqramında deyib.

Nehru