Aygün Bəylərin dəfn yeri bilindi

Yanvarın 6-da vəfat edən Əməkdar artist Aygün Bəylərin dəfni, güman ki, sabah olacaq. 

Yenicag.az xəbər verir ki, bu barədə mərhum sənətçinin bacısı Zümrüd Hümmətova APA-ya açıqlamasında məlumat verib.

O, cənazənin hələlik Bakıya gətirilmədiyi üçün dəfnin sabaha nəzərdə tutulduğunu bildirib.

Bacısının sözlərinə görə, 48 yaşında dünyasını dəyişən Aygün Bəylər Suraxanı qəbiristanlığında dəfn ediləcək.