Ayı Şamaxıda qan töküb, qaçıb

Ayi-Zuma

Kənd sakini, 1979-cu il təvəllüdlü Sədi Hüseynov gecə saatlarında Talışnuru kəndindən evlərin qayıdarkən ayının hücumuna məruz qalıb.

Ayı S. Hüseynova ağır xəsarətlər yetirərək qaçıb.

Yaralı S. Hüseynov telefonla yoldaşlarına zəng edərək yardım istəyib.

Hadisə yerinə gələn yoldaşları onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Qeyd edək ki, analoji vəziyyət ötən il də baş vermişdi. Rayonun Keşmədin kəndinə hücum edən ayı 2 nəfəri yaralamışdı.

COP29