!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AYİB-in manat oyunu: udan kim, uduzan kim?  

!Reklam – Yazi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana milli valyuta ilə kreditlər verməkdə davam edəcəyini bildirib.

AYİB rəhbərliyi əvvəlki kimi manat istiqrazlarının buraxılmasını düşünür. Bu məqamda bir sıra suallar yaranır: xarici bankın Azərbaycana milli valyutada kreditlər verməsi nə deməkdir və bu vəziyyət ölkəmizdə nələrə gətirib çıxara bilər?

Məsələni Yenicag.az-a şərh edən müstəqil iqtisadçı ekspert Yaşar Əsədov bildirdi ki, AYİB-in milli valyuta ilə kredit verməsilə xaricə axan manatın bir hissəsi geri qayıdacaq. Amma bu vəziyyət ekspertin fikrincə, manatın dəyərdən düşməsilə də nəticələnə bilər:

“Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə milli valyutamız olan manatla kredit verməsi maraqlı qərardır. Bu məqam onu düşünməyə əsas verir ki, həmin maliyyə institutunun Azərbaycan valyutasında da ehtiyatları var. Həmin bankda Azərbaycan milli valyutası toplanılıb və manatla ölkəmizə kredit verilirsə, deməli, ölkədən xaricə çıxan milli valyutanın bir hissəsi geri qayıdacaq. Bundan çıxış edərək deyə bilərik ki, dövriyyədə olan milli valyutanın həcmi artacaq. Bu da öz növbəsində milli valyutanın tələb və təklifə uyğun olaraq qiymətdəndüşmə ehtimalını meydana çıxara bilər. Çünki milli valyuta ölkəmizdə daxili dövriyyədə istifadə olunur. Xarici ticarət əlaqələrində isə faktiki olaraq manatdan istifadə edilmir. Yaranmış vəziyyət daxili dövriyyədə milli valyutanın artmasına gətirəcək ki, bu da öz növbəsində istisna hal kimi nəzəri baxımdan manatın qiymətdən düşməsilə nəticələnə bilər”.

ELÇİN

www.yenicag.az

1737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv