!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ayıya 4 keyidici iynə vuruldu - Reabilitasiyası Mərkəzinə göndərildi - YENİLƏNDİ

!Reklam – Yazi

“Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

“Bizə bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildiririk”, – o, əlavə edib.

***

Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.

Ayıya 4 keyidici iynə vurulub.

Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri helikopter vasitəsilə Bakı səhərindən Şəkiyə ezam olunub.

Ərazi xüsusi mühafizə olunur, hazırda ayının evakuasiya olunması prosesi gedir./Report/

***

Ayı Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib:

“Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur.

Qeyd edək ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”.

www.yenicag.az

847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv