!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aykut Kocaman Aziz Yıldırıma maşın satdı - FOTO

!Reklam – Yazi

Türkiyədə maraqlı təsadüf qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Aykut Kocaman Aziz Yıldırıma 1990-cu il model avtomobil satıb.

Ancaq bu, düşünüldüyü kimi, “Fənərbaxça”nın prezidenti ilə baş məşqçisi deyil.

Siravi vətəndaş olan şəxslərin adları sadəcə, sözügedən adamlarla eynidir.

Aziz Yıldırım açıqlamasında maraqlı təsadüfə belə münasibət bildirib:

“Bəyəndiyim maşını almaq üçün sahibi ilə görüşdüm. Qiymətlə razılaşdıqdan sonra notariusa getdik. Orada maşın sahibinin Aykut Kocaman olduğunu öyrəndim. Həmin an ikimiz də təəccübləndik, sonra da zarafatlaşdıq”.

Xatırladaq ki, “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım, baş məşqçisi isə Aykut Kocamandır.

www.yenicag.az

1568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv