AYNA-dan məktəb avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA

“Şəhər sakinlər üçün olmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Anar Rzayev qeyd edib ki, il ərzində Bakı şəhərində təxminən iki milyard səfər həyata keçirilir:
“Bunların yalnız 28%-i ictimai nəqliyyatın, 52 faizi isə fərdi avtomobillərin və taksilərin payına düşür. Burada da fərdi nəqliyyat vasitələrinin sayı yarıdan azdır. 2025-ci ilədək ictimai nəqliyyatla daşınmanı 300 milyon səfərə çatdırmalıyıq”.

O diqqətə çatdırıb ki, məktəb avtobuslarının tətbiqi çox müzakirə olunurdu, amma hazırda bunun tətbiqi çox çətindir./apa

COP29