Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Yenicag.az xəbər verir ki, bu barədə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Vəli Məmmədov təyin edilib.
O, bundan əvvəl “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib, 2011-16-cı illərdə isə “Azercell Telecom” MMC-də çalışıb.