Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda haqqında çıxan saxta xəbərlərə aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, o bu barədə “Instagram”da hekayə paylaşıb.
“Adımla bağlı feyk xəbərlər paylaşırlar. Yəqin spamdır, linkə keçid etsəniz, səhifənizi qıra bilərlər. Məzmuna gülmüşəm, amma”, – deyə bloqer bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Aynişanın Amerikaya qaçmaq istəyərkən hava limanında saxlanıldığı ilə bağlı xəbərlər yayılıb.