!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ayrılmaq istəyirdim" - Qurban Qurbanov  

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, o, əvvəlcə İcraiyyə Komitəsinin üzvlüyündən ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib:

“Düzü, bu məsələ ötən iclasda müzakirə olunub. Ayrılmaq istəyirdim, amma qalmağım tövsiyə olundu. Ona görə də belə davam edəcəm. Bu gün isə o məsələyə baxılmadı”.

Qurbanov köməkçisi Elçin Rəhmanovun Ufuq Budağın oyununu izləmək üçün Türkiyəyə getməsindən də danışıb:

“Məqsəd Ufukla yaxından maraqlanmaq idi. Düzdü, bu dəfə “Samsunspor”un heyətində meydana çıxmadı. Oynasaydı, daha yaxşı olardı. Onsuz da o, millimizin üzvüdür. Bir neçə matç çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Şərt o deyil ki, biz daim onun oyununa canlı baxmalıyıq. Sadəcə, həm baxmaq, həm görüşməklə bağlı səfər idi. Onsuz da televiziya vasitəsilə bütün qarşılaşmalarını izləyirik. Ona görə ciddi problem görmürəm”.

www.yenicag.az

2728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv