Azərbaycanı “Eurovision 2018” mahnı yarışmasında “X my heart” mahnısıyla təmsil edəcək Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.
Yenicag.az xəbər verir ki, ağ geyimdə xüsusi səhnə dekorasiyası ilə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı – Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd müşayiət edib.
Qeyd edək ki, yarışmanın ilk yarımfinalı mayın 8-də, ikinci yarımfinal ayın 10-da, final isə 12-də baş tutacaq.