Aysel-Murad cütlüyünün boşanma xəbərinə Nuradan REAKSİYA: “Kişilər vampirdirlər”

“Əsl xəyanət belə olur. Gəncliyini, gözəlliyini istifadə edib, yaşa dolanda yenisi ilə əvəzləyən kişilər vampirdirlər. Gənc qızların ən dəyərli olan gəncliyini son damlasına qədər bitirib, qucağına 2-3 uşaq da verib, atırlar – köhnəlmiş əşya kimi. Sonra da yeni gənc qurban tapıb eynisini təkrarlayırlar”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə və Avroviziya üçüncümüz Aysel Teymurzadə boşanma xəbərinə reaksiya verərkən deyib.

Qeyd edək ki, bir neçə gündür sözügedən cütlüyün boşanma xəbəri gündəmi dolaşmaqdadır. Aysel bunu gizlətməyə çalışsa da, artıq işin işdən keçib.

OLAY-ın əldə etdiyi məlumata görə, iddia olunduğu kimi, boşanmaq istəyən Aysel yox, Murad Adıgözəlzadədir və buna da səbəb Xalq artistinin yeni sevdaya düşməsi, bu azmış kimi onunla evlənməyə hazırlaşmasıdır.

Cəvahir

COP29