Türkiyədə və Azərbaycanda film və seriallarda tamaşaçı sevgisi qazanan azərbaycanlı aktrisa Aysel Nazim teatr səhnəsində də bacarığını göstərib.
Yenicag.az-a açıqlama verən aktrisa İstanbul Böyükşəhər Bələdiyyəsində yeni tamaşada rol aldığını bildirib.
Türkiyədə yaşayan və fəaliyyət göstərən Aysel “Aşkın yemək tarifi” adlı tamaşa ilə izləyicilərin qarşısına çıxacaq.
Beş nəfər aktyor və aktrisanın iştirakı ilə hazırlanan səhnə əsəri romantik komediya janrında ərsəyə gəlib.
Azərbaycan tamaşaçılarının da sevimlisi olan Cem Acar, Ateş Fateh Uçan, Ramazan Karakaş, Səhər Terzi ilə eyni səhnəni bölüşəcək.
Noyabr ayında tamaşanın premyerası baş tutacaq.
Tamaşa həm Türkiyə həm də ölkə xaricində – Almaniya, Hollandiya və digər ölkələrdə nümayiş olunacaq.
Cəvahir