Aysel Nazim: “Yataq səhnələrinə çəkilmərəm”

Tanınmış rejissor Aqil M.Quliyevin azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsi barədə açıqlaması birmənalı qarşılanmayıb.

Yenicag.az saytına açıqlama verən gənc aktrisa Aysel Nazim belə filmlərə çəkilməyi özünə yaraşdırmadığını bildirib:

“Aqil M.Quliyev düz deyir. Erotik filmlərə çəkilən aktrisanın mükəmməl bədən quruluşu olmalıdır. Mən hesab edirəm ki, peşəkar aktrisa səhnədə və kinoda fahişə obrazını da canlandıra bilər, ağıllı qadını da. Lakin özüm heç vaxt açıq-saçıq, yataq səhnələrinə çəkilmərəm. Çünki öz qayda-qanunlarım var. Azərbaycanda yox, lap Hollivudda yaşasaydım da, adım Aysel yox, Cesika da olsaydı belə, yenə də ehtirasdolu səhnələrə çəkilməzdim. Çünki bunu özümə yaraşdırmıram”.

Qeyd edək ki, rejissor açıqlamasında belə deyib:

“Birincisi, aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır. İkincisi, onda cəsarət olmalıdır ki, bu addımı ata bilsin. Çünki gənc aktrisaların çoxu buna cəsarət etmir, mentalitet qorxusu onları çəkindirir. Fikirləşirlər ki, yataq səhnəsinə razılıq versələr sonra onları alan olmaz, evdə qalarlar. Hansı ki, bu gün aktrisa olmayan elə məşhurlar var ki, onları nə mentalitet maraqlandırır, nə də onun-bunun qınağı. Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir kimin məşuqəsidir. Amma heç kimin cəsarəti çatmır ki, ona bir söz desin”.

Cəvahir

COP29