!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aysel və Oqtayın boşanma səbəbi bilindi

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb.

Yenicag.az Axşam.az-a istinadən xəbər verir ki, boşanma ərəfəsində olan cütlüyün münasibətlərinə son qoymasına səbəb xəyanət olub.

Aysel bildirib ki, ərinin ona xəyanət etdiyini sübut edən dəlilləri var:

“Çox pisəm, özümdə deyiləm. Hələ mənim bildiklərim çox şey var, açıb-ağartmıram. Deyirdim ki, xəyanət görsəm, bu iş bitəcək. Bunu da mənə hamı atıb. Heç vaxt xəyanəti və yalanı bağışlamaram. Həyatda hər şey boşdur, öz həyatınızı yaşayın.

Uşaqlarıma hörmət edirəm, üç oğul böyüdürəm. Onlara görə susuram və təmkinimi qorumağa çalışıram. Dediyim sözün üstündə kişi qızı kimi dururam. Həyatda itirəcəyim heç nə yoxdur.

Olan oldu, keçən keçdi. Başqa heç nə danışmaq istəmirəm. Bildiyimi bilirdim, gördüyümü də gördüm. Mənə fakt lazım idi, onu da tapdım. Birincidən yarımayan, ikincidən də yarımır”.

“Telegram”da yalnız qızların yer aldığı qrup açan Aysel həyat yoldaşı ilə bağlı müraciət edib.

“Ərim kimə yazıbsa, mənə atsın” deyə, xanımlara müraciət ünvanlayıb. Qrupa bir neçə qız Oqtayın onlara tanış olma məqsədilə yazdığı mesajları göndəriblər.

Qeyd edək ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla nikahdan isə əkiz oğulları var.

www.yenicag.az

1177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv