!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aysellə rejissor arasında pul davası - Məşhur serial ətrafında QALMAQAL

!Reklam – Yazi

Tanınmış aktyor Fizuli Hüseynov, Rəşat Kəsəmənli və aktrisa Aysel Nazimlə “Aldanmış hisslər” serialının rejissoru Faiq Nağıyev arasında qalmaqal yaşanıb.

Buna səbəb serialda rol alan aktyorların qonorarının ödənilməməsidir. Serialın rejissoru Faiq Nağıyev isə aktrisanın seriala pulsuz çəkiləcəyi ilə bağlı müqavilə imzaladığını bildirib.

Yenicag.az-a açıqlama verən Aysel Nazim
məsələyə aydınlıq gətirib. O, rejissorun haqlı olmadığını və qonorarları ödənilmədiyi üçün serialı tərk etdiklərini bildirib:

“Fizuli Hüseynov, Rəşat Kəsəmənli və mən qonorarımız ödənilmədiyi üçün serialdan getmişik. Amma rejissor bildirib ki, guya mən serialda 4 bölüm pulsuz çəkilməyə razılaşıb müqavilə imzalamışam. Əslində isə belə bir müqavilə və anlaşma olmayıb. Mən pulsuz heç bir seriala və kinoya çəkilmirəm”.

Cəvahir

www.yenicag.az

996
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv