Aysun and-aman etdi: ”Həyat yoldaşım məndən başqa…”

“Həyat yoldaşım yalnız məni dinləyir və mənim mahnılarımı sevir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova həyat yoldaşı ilə bağlı danışarkən deyib.

Sənətçi həyat yoldaşının Azərbaycan şou-biznesində olan müğənniləri tanımadığını da bildirib:

“Həyat yoldaşım mənimlə ailə qurandan sonra Azərbaycan müğənnilərini tanıyıb. O vaxta qədər heç birini tanımırdı. Yox, yox, bir anamı tanıyıb, bir də Xumar Qədimovanı, başqa heç kimi. Çünki 29 il Rusiyada yaşayıb. O, ümumiyyətlə, bizim şou-bizneslə maraqlanmayıb. Ancaq rus estradasına qulaq asıb”.

Nehru