Aysun GÖZ YAŞI TÖKDÜ: “Allahım mənə güc ver ki…”

“Qızıma baxanda Allahıma dua edib, deyirəm, Allahım mənə güc ver ki, uşağıma istədiyimi edə bilim”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Gün ortası” verilişində deyib.

Sənətçi yaşadığı ağır günləri yada salaraq kövrəlib:

“Həyat yoldaşıma da deyirəm, biz səninlə dalaşsaq, küsülü olsaq da, uşağa bildirməyək, onun yanında sevgi dolu olaq. Sən o uşağın gözündə ideal ata olasan. Yoldaşım evə gələndə deyirəm, birinci uşağını qucağına al. Çünki o atasızlığı çox pis yaşamışam. Atasız qızlar heç vaxt bütünlüklə xoşbəxt ola bilməz. Allahdan tək istəyim odur ki, övladıma qurduğum xəyalları həyata keçirə bilim. Yoldaşımın qazancı elədir ki, işləməyə ehtiyacım yoxdur. Amma gəlib ona deyə bilmərəm, 5 min ver, uşağıma nə isə alım. Amma özüm qazananda ən bahalısını almaq istəyirəm. Özümdən asılı deyil. İkinci övlad da istəmirəm, istəmirəm ki, uşağıma olan sevgini bölüm”.

Nehru