Aysun onu qınayanları SUSDURDU: “Belə də ki, əcəb edirəm”

“Tanınmış simalardan yeganə insanam ki, hamiləliyimlə gündəmə gəlmədim”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova deyib.

Ana olmağa hazırlaşan Aysun videogörüntü yayaraq, onu qınayanlara səslənib:

“Mənim yerimə kim olsaydı, 9 ay boyunca özünü reklam edərdi. Amma mən 9 ayın 4 ayını işləmişəm, hətta İnstaqramda belə aktiv deyiləm. Tanınmış simalardan yeganə insanam ki, hamiləliymlə gündəmə gəlmədim. Artıq sayılı günlərim qalıb, uşağın otağını hazırlayıram. Bəziləri yazır ki, bu nədir paylaşırsan? Niyə paylaşmayım? Belə də ki, əcəb edirəm. Mən tanınmışam, amma heç sizin qədər paylaşmıram. Səhifələriniz uşaqlarınızın şəkilləri ilə doludur. Bir dənə elə biz gözə batırıq?”

Nehru

COP29