Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Aytac acıq verdi: “Evimi satsam, 2 “Gelandewagen” alaram” - VİDEO

Müğənni Aytac “Gelandewagen” sürməklə öyünən şou əhlinə ismarış göndərib.

Yenicag.az xəbər verir ki, müğənni “Mən “Gelandewagen” sürəndə hələ şou-biznesdə heç kim sürmürdü” deyib:

“Bahalı həyatı sevirəm. Xoşlayıram ki, pullar saçılıb-səpilsin. İndikilər kimi o maşını sürməkdə məqsədim gündəmə gəlmək deyildi. Sadəcə yüksək matorlu maşınları sürməyi sevirəm. 150 min idi qiyməti. Hara gedirdim “Gelandewagen Aytac” gəldi deyirdilər. Adım belə hallanırdı. Axı nəyə öyünürsüz? Şəhərdə 10 maşından 9-u “Gelandewagen”di. Mən sürən vaxtı vallah heç sürən yox idi. Bu gün hamısı o maşından sürür və yaxud birinə hədiyyə verirlər. İndiki maşınım çox sadədir, çünki maşınımı satıb üstünə də əlavə düzəltdim, yarım milyona İstanbuldan ev aldım. Bu gün istəsəm, o evimi sataram, 2 dənə “Gelandewagen” alaram”.

ARB-nin “Show news” verilişindən olan görüntüləri təqdim edirik:

Nehru

www.yenicag.az

21580