Aytac Əliyeva niyə həbs olunub? – DETALLAR

Binəqədi bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın həbsinin səbəbləri barədə yeni məlumatlar əldə etmişik.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri YAP-da tanınan şəxslərdən biri ilə şərikli biznes qurub. Daha sonra ondan külli miqdarda pul alıb və geri qaytarmayıb.

Mənbə iddia edir ki, həmin şəxs dəfələrlə Aytac Əliyevadan borcunu tələb etsə də, pulu geri ala bilməyib. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Mənbənin sözlərinə görə, hadisə bir neçə ay bundan öncə baş verib. Aytac Əliyeva isə sentyabr ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Aytac Əliyeva hələ vəzifədə olarkən adı korrupsiyada hallanıb.