Aytəkin SİRRİNİ AÇDI: “Xanımı gözəl göstərən onun…” – FOTOLAR

“Doğum günlərimi çox sevirəm. Hətta doğum günlərimi o qədər çox sevirəm ki, ilk hədiyyəni də özüm özümə etmişəm. Özü də bahalı hədiyyələr. Amma iki ildir doğum günüm sentyabrın 27-nə – Anım Gününə təsadüf etdiyi üçün həmin günü qeyd etmirəm. Bu il də nə qədər şəhid verdik, anaların gözyaşı hələ qurumayıb”.

Bunu tanınmış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.

“Hədiyyəni hansı qadın sevməz ki…” – deyən Aytəkin özəl gününü qeyd etməsə də, hədiyyəsini artıq alıb:

“Hədiyyə həm də qadınlara verilən dəyər və diqqətdir, düşünmürəm, hədiyyəni sevməyən bir qadın olsun. Mən də həmişə doğmalarımdan hədiyyə gözləyirəm və hətta nə istədiyimi də qabaqcadan deyirəm. Bu il də 20 gün öncədən həyat yoldaşımla birgə özümə arzuladığım hədiyyəni etmişəm. Amma Allahdan ən böyük hədiyyəmi çoxdan almışam. Bu, gözəl ailəm, övladlarım, həyat yoldaşım və doğmalarımdır. Bir aparıcı olaraq sevdiyim işim, mənə yaradıcılıq mühiti yaradan rəhbərlik və tamaşaçılarım var”.

Aytəkin uğur düsturunu da açıqlayıb:

“Bəlkə də, çoxları bunu fərqində deyil, amma xanımları gözəl göstərən onların daxili aləmidir. Elə aparıcı olaraq da hesab edirəm ki, səmimiyyət çox önəmlidir. Tamaşaçının gözü tərəzidir və inanın ki, onun gözündən heç nə yayınmır. Onu aldatmaq mümkün deyil, müsbət enerjini duya bilməyəcəksə, səni sevməyəcək, kanalı dəyişəcək, sənin verilişinə baxmayacaq. Səmimi deyilsənsə, mütləq bunu hiss edəcək və sənə də hiss etdirəcək. Paxıllıq, qibtə, qalmaqal, dedi-qodu mənlik deyil. Həmişə belə şeylərdən qaçmışam. Həyatda necəyəmsə, efirdə də eləyəm. Uğur düsturum da budur”.

Cəvahir