Aytəkinin ƏN BÖYÜK XƏYALI: “10 min avrom olsaydı…” – FOTO

“10 min avrom olsadı, Avropanın 5 ölkəsini gəzərdim”.

Bunu tanınmış aparıcı Aytəkin Mərdanova Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, gəzmək arzusunda olduğu ölkələr var, amma hələ də xəyallarını gerşkləşdirə bilməyib. Aytəkin bunun səbəblərini də açıqlayıb:

“Həyatda nə arzulamışamsa, hamısını reallaşdırmışam. Tutalım, istirahətlə bağlı hansısa arzum olubsa, gerçəkləşib. Məsələn, Türkiyənin elə bir istirahət bölgəsi yoxdur ki, orada olmayım. Çoxlarının xəyalı olan Maldivi mən heç vaxt arzulamamışam. Deyim ki, bəlkə də arzulasaydım gedərdim. Amma çox istərdim ki, Taylandda olum, bu barədə düşünürəm. Pandemiyadan öncə 7 Avropa ölkəsini gəzib gəldim. İndi Avropanın digər ölkələrini də gəzmək marağındayam. İstirahət etmək yox, məhz gəzmək. Ən son düşünürdüm ki, İsveç, Norveçdə olum. Romada olmuşam, amma İtaliyanın digər şəhərlərini də gəzmək arzusundayam. Amma təəssüf edirəm ki, o xəyalımı gerçəklədirə bilmədim. Həm məlum səbəbə, yəni pandemiyaya görə bu arzum baş tutmadı. Həm də maddiyyat imkan vermədi. Qısaca deyim ki, 10 min avrom olsaydı, Avropanın 5 ölkəsini gəzərdim”.

Cəvahir