Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Aytən-Mətanət” davası böyüdü - “Rozanın təkidi ilə...”- VİDEO

Aparıcı Aytən Səfərovanın bir vaxtlar dostluq etdiyi həmkarı Mətanət Əliverdiyeva ilə “Maşın” şouda münasibətlərinin gərginləşməsi sosial şəbəkələrdə birmənalı qarşılanmadı. ATV-çilər arasında yaranan qalmaqalı kanaldaxilində yaşanan gərginlik kimi dəyərləndirənlər də oldu.

Yenicag.az-a açıqlama verən Aytən həmkarı ilə münasibətlərinə aydınlıq gətirib:

“Mən “ATV”çi olaraq jestimi etdim və Mətanəti şoudan uzaqlaşdırmadım. Bu bir realiti-şoudur və söhbət ATV-dən getmir. Hər kəs iştirakçıdır və fərd olaraq mübarizə aparır. Heç kim demir ki, ATV-nin aparıcısı Mətanət, Aytən, yaxud da İlhamə. İlk gündən dedim ki, ATV-çilərə və həmkarlarıma dəyməyəcəyəm. Mətanətə o boyda jest etdim, amma əvəzində nə etdi? Roza Zərgərlinin təkidi ilə gəlib mənə sağ ol dedi. Bu qədər insanların inamını itirdim”.

“Əlinizə yenidən fürsət düşsə, Mətanəti şoudan uzaqlaşdıracaqsınız?” sualına Aytənin cavabı belə oldu:
“Əlbəttə, çıxaracam”.

Qeyd edək ki, aparıcı bu açıqlamanı “Maşın” şounun iştirakçıları ilə birgə Anadolu Universitetində qonaq olarkən verib.

Cəvahir

Loading...

www.yenicag.az

4016
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100