“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov komandadan ayrılır.
Yenicag.az xəbər verir ki, bunu çalışdırıcı özü Azərbaycan kubokunun finalında “Qəbələ”yə uduzduqları oyundan (0:1) sonra deyib.
“Kuboku qazansaq da, iki gün sonra klub rəhbərliyi ilə görüşüm olacaqdı. Yəqin ki, bu, mənim komanda ilə son oyunum idi” – deyə o qeyd edib.
Qeyd edək ki, A.Abbasov ötən ilin noyabr ayından “Sumqayıt”ı çalışdırırdı. Onun komanda Azərbaycan Premyer Liqasında mövsümü 29 xalla 6-cı pillədə başa vurub.